İngiltərədə süni intellekt insan müdaxiləsi olmadan real yemək sifarişi verib.
Metbuat.az “TRTHaber”ə istinadən xəbər verir ki, sınaq maliyyə nəzarəti qurumunun iştirakı ilə keçirilib. Məlumata görə, təcrübədə bir bank və ödəniş texnologiyaları şirkəti iştirak edib. Süni intellektə restorandan doqquz mini pizza sifariş etmək tapşırılıb. İstifadəçilər
Bildirilir ki, əməliyyat zamanı bank kartı və şifrə tələb olunmayıb. Bank hesab nömrəsi də paylaşılmayıb. Xəbərdə qeyd edilir ki, ödəniş bankın müəyyən etdiyi limitlər çərçivəsində həyata keçirilib. Bu, ölkədə süni intellektin müştəri adından real alış-veriş ödənişi etdiyi ilk hal kimi qeydə alınıb.
Mütəxəssislər texnologiyanın gələcəkdə geniş yayılacağını düşünürlər. Süni intellektin insanlar üçün hədiyyə alacağı və məhsulları müqayisə edəcəyi gözlənilir.