Şimali Koreya Rusiyaya silah və sursat göndərilməsini müvəqqəti dayandırıb.

Metbuat.az xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, bu qərarı şəxsən Kim Çen In verib. “Daily Beast” yazır ki, Moskva ilə Pxenyan arasında gərginlik oktyabr ayında başlayıb. Buna Rusiyanın Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq cəhdi səbəb olub. Məlumata görə. Şimali Koreya bu addımı iki ölkə arasındakı strateji tərəfdaşlığa zidd hesab edib. Bundan sonra Pxenyanın hərbi yardımı dayandırdığı bildirilir. İddiaya görə, KN-23 ballistik raketlərinin və artilleriya sursatlarının tədarükü də kəsilib. Həmçinin Rusiya hərbi təyyarələrinin Şimali Koreyanın hava məkanından istifadəsinə qadağa qoyulub.

Bildirilir ki, Moskvanın Rusiyadakı Şimali Koreya hərbçilərinin sayını 8500-dən 50 minə çatdırmaq təklifi də dayandırılıb. Bununla yanaşı, Pxenyanın Çinlə münasibətlərini gücləndirməsi də Moskva ilə fikir ayrılıqlarına təsir edə bilər.

Xəbərdə deyilir ki, buna baxmayaraq, iki ölkə arasında diplomatik əlaqələr davam edir. Rusiya Prezidenti Vladimir Putin noyabrın 16-da Kim Çen Inın yaxın silahdaşı Co Yon Vonu Kremldə qəbul edərək hərbi əməkdaşlığı yüksək qiymətləndirib.