Pakistanın Kəraçi şəhərində tikilməkdə olan altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.

Metbuat.az xəbər verir ki, “Geo News”un məlumatına görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.

Hadisə zamanı 14 nəfər xəsarət alıb. Daha 9 nəfərin dağıntılar altında qala biləcəyi ehtimal olunur.

Xilasedicilər axtarış işlərini davam etdirirlər. Dağıntıların və binanın qalıq konstruksiyasının əlavə çökməsi riskini nəzərə alaraq, ağır texnikadan məhdud istifadə olunur.