Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 28 yaşlı kişi qatarın vurması nəticəsində həyatını itirib.
Metbuat.az xəbər verir ki, hadisə rayonun dəmiryolu stansiyasında qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Sərxan Pənahov qatarın vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.