Aparıcı Hacı Nuran Hüseynovun səhhətində problem yaranıb.

Metbuat.az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı bir neçə aydır Almaniyada müalicə alır.

Qeyd edilir ki, Hacı Nuranın ayaq sümüyündə problem yaranıb və hazırda yeriməkdə çətinlik çəkir.

Aparıcının yaxın günlərdə Almaniyada əməliyyat olunacağı bildirilib.