Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, xalqa müraciəti zamanı bunun prezident kimi vətəndaşlara son çıxışı olduğunu bildirib.

“Bu gün mənim istefamı elan etdiyim gündür”, - deyə Vuçiç qeyd edib.

O, çıxışında vətəndaşların ona iki dəfə etimad göstərdiyini xatırladaraq təşəkkür edib və Serbiyanı qarşıda yeni mərhələnin gözlədiyini bildirib.

Qeyd edək ki, Vuçiç 2017-ci ildə prezident seçilib, 2022-ci ildə isə ikinci müddətə bu vəzifəyə başlayıb. İkinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi.