İtalyanın Jesolo şəhərində keçirilən Kikboks üzrə Dünya Çempionatında 15 yaşlı göyçaylı idmançı çempion olub.

Bu barədə Metbuat.az-a idmançının məşqçisi Rüstəm Rüstəmov məlumat verib.

2011-ci il təvəllüdlü Göyçay şəhər sakini, Məmmədov Cəmil Səxavət oğlu (42-kq çəkidə) İtalyada sentyabr ayının 18-i və 27-si tarixlərində keçirilən "Wako Kikboksinq" versiyası üzrə keçirilən yarışda qızıl medal qazanaraq Dünya Çempionatının qalibi olub. Baş tutan Dünya Çempionatında Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənclərdən ibarət olan yığma komandası ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələrə imza atıb.

Xatırladaq ki, ümumilikdə bu yarışa Azərbaycan yığma komandası 39 nəfər idmançı ilə qatılıb və 16 medal əldə olunub. Vətənimizə isə ümumilikdə 10 qızıl medal, 4 gümüş medal və 2 bürünc medal qazanılıb. Federasiyanın vitse-prezidenti Eduard Məmmədov da yarışlar zamanı Azərbaycan komandasının yanında olub.