“Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı ittihamlar üzrə mümkün cəzaları gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, klubun maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən 115 ittihamdan 114-ü üzrə təqsirli bilindiyi bildirilir. Komandaya tətbiq olunacaq yekun cəza isə hələ açıqlanmayıb. Futbol maliyyəsi üzrə ekspert Kiran Maguayr “Talk TV”yə açıqlamasında klubun ən mümkün cəzasının xal silinməsi ola biləcəyini deyib. O, daha əvvəl “Nottingem Forest” və “Everton” klublarının da maliyyə qaydalarını pozduqlarına görə oxşar cəzalar aldığını xatırladıb. Ekspertin sözlərinə görə, mümkün sanksiyalar pul cəriməsindən xalların silinməsinə, hətta klubun liqadan kənarlaşdırılmasına qədər dəyişə bilər. O, “Liverpul” və “Mançester Yunayted”in etirazı olacağı təqdirdə, “Mançester Siti”nin qazandığı bəzi titulların yenidən nəzərdən keçirilə biləcəyini də istisna etməyib.

İddialara əsasən, titulların yenidən bölüşdürülməsi baş verərsə, 2011/12, 2017/18 və 2020/21 mövsümlərinin çempionu “Mançester Yunayted”, 2013/14, 2018/19 və 2021/22 mövsümlərinin qalibi “Liverpul”, 2022/23 və 2023/24 mövsümlərinin çempionu isə “Arsenal” hesab edilə bilər.