CONCACAF Millətlər Liqasında keçirilən Antiqua və Barbuda - Anqilya qarşılaşması qeyri-adi hadisə ilə yadda qalıb.

Metbuat.az xbər verir ki, rəqibini 5:0 hesabı ilə məğlub edən Antiqua və Barbudanın qələbəsindən çox, oyuna sonradan daxil olan Aedan Skipionun uzun saçları və rəqib futbolçuların qırmızı vərəqə alması diqqət çəkib. Məlumata görə, qarşılaşmanın 69-cu dəqiqəsində meydana çıxan 36 yaşlı Skipio qısa müddətdə oyunun əsas müzakirə mövzusuna çevrilib. Onun uzun saçlarına rəqib futbolçuların müdaxiləsi Anqilya yığması üçün ciddi nəticələrə səbəb olub. Belə ki, 72-ci dəqiqədə Keon Greene ikili mübarizə zamanı Skipionun saçını çəkdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Görüşün 90+3-cü dəqiqəsində isə Şalon Nayt eyni hərəkəti təkrarlayıb və o da meydandan qovulub.

Nəticədə Anqilya komandası qarşılaşmanı 9 futbolçu ilə başa vurmalı olub. Antiqua və Barbuda isə Kristofer Duqlasın iki, Dion Pereyra, D'Andre Bişop və Kayonte Corcun hərəyə bir qolu sayəsində 5:0 hesablı qələbə qazanıb.