“Trabzonspor”dakı uğurlu çıxışı ilə diqqət çəkən Məhəmməd Salahın Misir millisində yaşadığı problem gündəmə gəlib. Ulduz futbolçunun milli komandada özünü göstərə bilməməsinin səbəbləri ilə bağlı yeni iddialar ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, xarici media Salahın Misir millisində taktiki baxımdan sıxışdırıldığını yazıb. Bildirilir ki, futbolçunun “Trabzonspor”dakı uğurlu çıxışında komanda yoldaşlarının ona yaratdığı imkanlar mühüm rol oynayır.
Məlumata görə, Salah klubunda əsasən sağ cinahdan cərimə meydançasına daxil olmaq üçün geniş sərbəstliyə malikdir. Komanda yoldaşları da onun oyun üslubuna uyğun hərəkət edir və dəqiq ötürmələrlə hücumlarını dəstəkləyirlər.
Misir millisində isə vəziyyətin fərqli olduğu qeyd olunur. Baş məşqçi Hossam Hassan Salahı Mustafa Ziko ilə birlikdə ikinci hücumçu mövqeyində meydana buraxıb. Sağ cinahda isə Haissem Hassan oynayıb.
Bu taktiki düzülüşün Salahın imkanlarını məhdudlaşdırdığı bildirilir. O, nə sağ cinahda əvvəlki kimi sərbəst hərəkət edə bilib, nə də cərimə meydançasında kifayət qədər boşluq tapa bilib.
Bundan başqa, Salahla Haissem Hassan arasında mövqe dəyişikliklərinin də baş vermədiyi vurğulanıb. Komanda yoldaşlarının Salahı kifayət qədər ötürmə ilə təmin etməməsi isə ulduz futbolçunun oyuna təsirini daha da azaldıb.
Salahın Angola ilə oyundan sonra milli komandanın düşərgəsini tərk etməsi də bu fonda diqqət çəkib. Bu hadisə Misir millisində futbolçunun mövqeyi və komandanın oyun sistemi ilə bağlı müzakirələri daha da artırıb.