ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili Alina Habba ilə türkiyəli milyarder Turhan Mildon Nyu-Yorkda dəbdəbəli mərasimlə ailə qurub.

Metbuat.az xəbər verir ki, 42 yaşlı Alina Habba ilə “Miller Holding” şirkətinin 29 yaşlı baş direktoru Turhan Mildonun toyu Nyu-Yorkdakı “Waldorf Astoria” hotelində keçirilib. Beynəlxalq qonaqların iştirak etdiyi mərasimin ümumi xərcinin təxminən 10 milyon dollar olduğu bildirilir. Bildirilir ki, toyun yüksək məbləğə başa gəlməsinin əsas səbəblərindən dekorasiya və Qremmi mükafatlı reper Nelli-nin canlı çıxışı olub. Mərasimin keçirildiyi zalı dünyanın müxtəlif yerlərindən gətirilən təxminən 900 min təzə çiçəklə bəzədilib. Toyda əfsanəvi boksçu Mayk Tayson, FTB direktoru Kaş Patel, ABŞ baş prokuroru Todd Blanş və Trampın ətrafından bir sıra tanınmış şəxslər iştirak edib. Alina Habba mərasim boyunca üç fərqli gəlinlik geyinib.

Məlumata görə, Habba və Mildon bu ilin əvvəlində Kennedi Mərkəzində keçirilən tədbirdə tanış olublar. Cütlük daha sonra Vaşinqtonda keçirilən tədbirlərdə birlikdə görüntülənib.