UEFA Millətlər Liqasının A Liqası çərçivəsində Bursada keçirilən görüşdə meydan sahiblərinin 1:4 hesabı ilə məğlub olması tribunlarda gərginlik yaradıb.
Metbuat.az xəbər verir ki, hesab 1-4 olduqdan sonra narazı fanatlar Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyinə qarşı etirazlarını səsləndiriblər. Onlar federasiyanın prezidenti İbrahim Hacıosmanoğlunun istefasını tələb edərək “TFF istefa” və “İbrahim, çölə” şüarları səsləndiriblər. Etirazların güclənməsindən sonra Hacıosmanoğlunun stadionu tərk etdiyi bildirilir.
Qeyd edək ki, Türkiyə millisi İtaliya ilə qarşılaşmanı 1:4 hesablı məğlubiyyətlə başa vurub.