"WhatsApp"da internet olmadan səsli mesajları mətnə çevirməyə imkan verəcək yeni funksiya hazırlanır.
Məlumata görə, yeni imkan ilk mərhələdə Android istifadəçiləri üçün nəzərdə tutulub. Bu funksiya sayəsində istifadəçilər səsli mesajları dinləmək əvəzinə onların mətn formasında məzmununu əldə edə biləcəklər. Yeniliyin əsas xüsusiyyəti isə prosesin internet bağlantısı olmadan həyata keçirilməsinin planlaşdırılmasıdır. Bunun üçün səsin mətnə çevrilməsi zamanı istifadə olunan dil paketlərinin birbaşa cihazda saxlanılması nəzərdə tutulur. Beləliklə, istifadəçi internetə çıxışı olmadığı zaman da səsli mesajın mətn variantını əldə edə biləcək. Hazırda funksiya hazırlanma mərhələsindədir və onun bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.