Xəbər verdiyimiz kimi, Rusiyanın Ukrayna ərazisinə etdiyi dron hücumu nəticəsində bir nəfər Azərbaycan vətəndaşı həlak olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində həlak olan şəxsin kimliyi müəyyən olunub. Belə ki, o, əslən Kürdəmir rayonunun Pirəköcə kənd sakini, 1978-ci il təvəllüdlü Abbas Yusif oğlu Abbasovdur.

Xatırladaq ki, mərhumun cənazəsinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulub.

48 yaşlı Abbasın fotosunu təqdim edirik: