“Trabzonspor”un ukraynalı futbolçusu Ruslan Malinovski əməliyyat keçirib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi sol dizində yaranan sümük ödemi və mexaniki problemlərlə əlaqədar Belçikada əməliyyat olunub.
Malinovskiyə Belçikada həkim Koen Lage tərəfindən artroskopik debridman əməliyyatı həyata keçirilib. “Trabzonspor”un Sağlamlıq Şurasının rəhbəri professor Ahmet Beşir bildirib ki, futbolçunun sol dizində geniş yayılmış sümük ödemi və mexaniki problemlər davam etdiyi üçün cərrahi müdaxiləyə ehtiyac yaranıb.
Klub rəsmisi əməliyyatın uğurla başa çatdığını və futbolçunun bundan sonra reabilitasiya prosesinə başlayacağını açıqlayıb.
Malinovskinin yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı isə hələlik dəqiq tarix açıqlanmayıb.