“Fənərbaxça”nın fransalı yarımmüdafiəçisi N'Qolo Kanteni transfer etmək üçün ödədiyi ümumi məbləğ açıqlanıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin ümumi yığıncağında futbolçunun transferinin maliyyə detalları ictimaiyyətə təqdim olunub. Bildirilir ki, Kantenin ötən mövsümün ikinci yarısı üçün maaşı 16,9 milyon avro, cari mövsüm üçün 19 milyon avro, gələn mövsüm üçün isə 11 milyon avro təşkil edir. Bundan əlavə, futbolçunun menecerinə 5 milyon avro ödəniləcəyi açıqlanıb. Bu məbləğə Çağlar Söyüncünün müqaviləsinin ləğvinə görə nəzərdə tutulan 3 milyon avro təzminat da daxildir.
Məlumata görə, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna ödənilən 5 milyon avroluq transfer haqqı da nəzərə alınmaqla, Kantenin “Fənərbaxça”ya ümumi xərcinin 56,9 milyon avroya çatacağı bildirilib.