Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. ​

Belə ki, hərəkət etməkdə olan "Volkswagen Passat" markalı avtomobilin sürücüsü Pərviz Hüseynov ötmə əməliyyatı edərkən öz yolu ilə hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində "Mercedes" idarəetməni itirərək aşıb.

​Hadisə zamanı "Mercedes" markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

​