Türkiyənin Qaziantep vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Metbuat.az “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Qəza Nurdağı rayonunda Qaziantep-Osmaniyə avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, şəhərlərarası avtobus minik avtomobili ilə toqquşduqdan sonra aşıb. İlkin məlumata əsasən, avtobus yerli sakinləri daşıyıb.