METBUAT.AZ

Ölkə

Xırdalanda yolda sürücülər üçün olan təhlükə aradan qaldırıldı -

14 iyn 2023 15:20

Xəbər verdiyimiz kimi, Xırdalan şəhəri, Heydər Əliyev prospektində bir neçə yeraltı arxın dəmir qapaqlarının olmaması sürüclər üçün problem yaratmışdı. Məsələ ilə bağlı saytımıza açıqlama verən Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Məmmədov bildirmişdi ki, həmin yerlər üçün nəzərdə tutulan dəmir qapaqlar oğurlanıb.

Bu səbəbdən yenilərinin yerləşdirilməsi üçün tədbirlər görülüb və qapaqların oğurlanması ilə bağlı müvafiq qurumlara müraciət edilib.

Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Metbuat.az-a bildirib ki, artıq sözügedən ərazidə mövcud olan problem aradan qaldırılıb. Belə ki, yağış sularının idarə olunması, axıdılması məqsədi ilə müvafiq yeraltı arxların oğurlanan qapaqlar yeniləri ilə əvəz edilib.


metbuat.az.