METBUAT.AZ

Gündəm

Anası tərəfindən zibilliyə atılan 15 günlük körpənin

19 iyl 2023 11:24

Xəbər verdiyimiz kimi, Bakıda 10-15 günlük körpəsini zibil qutusuna atılıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, körpənin müalicəsi davam etdirilir:

"Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qalır, göbəyi düşməyib. Götürülən analizlərin cavabları müsbətdir, əlavə analizlərin də götürülməsi nəzərdə tutulub".

Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilmiş, ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.


metbuat.az.