Bakıda 10-15 günlük körpəsini zibil qutusuna atan qadının görüntüləri yayılıb.
Metbuat.az Xəzər tv-yə istinadən xəbər verir ki, görüntülərdə qadının körpəni zibil qutusuna atması öz əksini tapıb.
Qeyd edək ki, ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal şöbənin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib. Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.
Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Araşdırmalar davam edir.