15 yaşlı yeniyetməni həmyaşıdı bıçaqladı

Dekabrın 22-də saat 22 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmənin ayaq nahiyəsinə kəsici alətlə yüngül xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub.

Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı