Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb.

Qeyd edilən səbəblərdən mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.