"Sevilya" baş məşqçisi Qarsiya Pimyentanı istefaya göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın XXXI turunda "Valensiya"ya 0:1 hesablı məğlubiyyəti ardıcıl 4-cü olub və baş məşqçi ilə yolların ayrılması qərara alınıb.

50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı.