"Real"la adı hallanan Klopp qərarını verdi

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Real Madrid"in baş məşqçisi olacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.

Metbuat.az xəbər verir ki, Kloppun meneceri Mark Kosicke alman məşqçinin “Red Bull”dakı işindən məmnun olduğunu və hazırda məşqçi olmaq planının olmadığını ifadə edib. Bundan əvvəl, Braziliya mətbuatında yer alan iddialara görə, Kloppun “Real Madrid” və ya Braziliya milli komandasında işə başlaya biləcəyi irəli sürülüb. Kloppun meneceri bildirib ki, o, gələn mövsüm məşqçilik etmək istəmir. Menecerin sözlərinə görə, “Real” və ya Braziliya millisindən təklif belə olsa Klopp gələn mövsüm məşqçilik fəaliyyəti ilə məşğul olmaq istəmir.

Qeyd edək ki, “Real”ın məşqçisi Karlo Ançelottinin mövsümün sonunda klubdan ayrılacağı irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı