Azərbaycanda yaxın günlərdə Drakonid meteor yağışı müşahidə edilə bilər.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu meteor axınının oktyabrın 6-dan 10-dək aktiv olacağı gözlənilir. proqnoza əsasən, maksimum aktivliyin oktyabrın 9-da Bakı vaxtı ilə saat 23:00 radələrinə təsadüf edəcəyi ehtimal olunur.
Hər il təkrarlanan bu hadisə zamanı səmada qısa müddətə işıqlı izlər yaranır və yox olur. Xalq arasında "axan ulduz" adlandırılsa da, həmin anda heç bir ulduz yerindən qopmur. Kafedranın dosenti Xıdır Mikayılov bu izlərin necə yarandığını açıqlayıb
Beynəlxalq Meteor Təşkilatının 2026-cı il təqvimində Drakonidlər üçün saatda təxminən 5 meteor göstəricisi verilir. Bu rəqəm ideal müşahidə şəraitinə aiddir. Şəhərin işıqlı səmasında görünən meteorların sayı daha az ola bilər. NASA-nın proqnozu da bu il Drakonidlərin zəif aktivlik göstərəcəyini bildirir.