Səudiyyə Ərəbistanında günəş enerjisi istehsal olunan ərazidən ceyranların qorunması üçün də istifadə edilməyə başlanıb.
Metbuat.az xəbər verir ki, Əl-Hənakiyah bölgəsindəki 1,1 giqavat gücündə günəş elektrik stansiyasının ərazisinə onlarla qum ceyranı buraxılıb. Təxminən 505 hektarlıq sahədə heyvanların təhlükəsiz şəraitdə yaşaması və çoxalması üçün imkan yaradılıb. Bildirilir ki, günəş panellərinin yaratdığı kölgə ceyranların yüksək temperaturdan qorunmasına kömək edir. Ərazidə heyvanların su və qidalanma şəraiti, eləcə də sağlamlıq vəziyyəti xüsusi qruplar tərəfindən izlənilir. Layihənin əsas məqsədlərindən biri Səudiyyə Ərəbistanında sayları azalan yerli ceyran növlərinin sayını artırmaqdır.
Məlumata görə, ceyranların sayı kifayət qədər artdıqdan sonra uyğun heyvanların digər təbii ərazilərə köçürülməsi planlaşdırılır.