Xəbər verildiyi kimi, oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı qadın xüsusi amansızlıqla öldürülüb. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Metbuat.az Sumqayıt TV-yə istinadən xəbər verir ki, qətlə yetirilən Şəhanə İmanovanın 3 il əvvəl toyu olub. Bu nikahdan cütlüyün azyaşlı övladı var.
İddialara görə, hadisəyə səbəb qadının ərindən boşanmaq istəməsi olub.
