“Real Madrid” Arda Gülerlə müqavilənin yenilənməsi ilə bağlı razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib. Onun sözlərinə görə, tərəflər yeni anlaşmanın bütün detalları üzrə razılıq əldə ediblər və rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Bildirilir ki, müqavilənin rəsmiləşdirilməsi üçün yalnız imza mərasiminin keçirilməsi qalıb. Türk futbolçunun Madrid klubu ilə yeni sözləşməsinin 2031-ci ilə qədər qüvvədə olacağı irəli sürülür.