Antonio Kontenin adı İngiltərə və İtaliya nəhənglərinin mümkün baş məşqçi namizədləri sırasında hallanır.
Metbuat.az xəbər verir ki, “Mançester Yunayted” və “Yuventus” 57 yaşlı çalışdırıcının komandaya gətirilməsi ilə bağlı maraq göstərir. “Football-Italia”nın məlumatına görə, Konte son olaraq “Napoli”ni çalışdırıb və 2025/2026 mövsümünün sonunda Neapol təmsilçisindən ayrılıb. Bundan sonra italiyalı mütəxəssis fəaliyyətini davam etdirmək üçün yeni klub axtarışındadır. Qeyd edək ki, hazırda “Yuventus”da Luçano Spalletti, “Mançester Yunayted”də isə Maykl Kerrik baş məşqçi kimi fəaliyyət göstərir.