“Qalatasaray”da zədə səbəbilə uzun müddətdir yaşıl meydanlardan uzaq qalan Vilfrid Sinqonun komandaya dönüş planı bəlli olub.

Metbuat.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin milli komandaların oyunları ilə bağlı fasilədən sonra məşqlərə mərhələli şəkildə başlaması gözlənilir.

Klub futbolçunu tələsmədən hazırlayaraq 26 oktyabrda keçiriləcək “Fənərbaxça” derbisində tam hazır vəziyyətə gətirməyi hədəfləyib.

Sinqo bu mövsüm zədə səbəbindən cəmi 2 oyunda, ümumilikdə 41 dəqiqə forma geyinib. Onun vəziyyəti hər məşqdən sonra yenidən qiymətləndiriləcək.