ABŞ Prezidenti Donald Tramp ölkəsinin süni intellekt sahəsində liderliyini gücləndirmək məqsədilə yeni işçi qrup yaradıb.
Metbuat.az xəbər verir ki, “Super zəka gücü” adlanan quruma Milli Kəşfiyyat Direktoru Cey Kleyton rəhbərlik edəcək. Bildirilir ki, qrup süni intellektin yaratdığı riskləri və imkanları əhatə edən hesabat hazırlayacaq. Tramp yeni qurumun əsas məqsədinin ABŞ-nin “super zəka” sahəsində dünya liderliyini qoruması olduğunu açıqlayıb.
Onun sözlərinə görə, təşəbbüs texnologiyanın inkişafında ölkənin mövqeyini möhkəmləndirməklə yanaşı, hökumətin ictimaiyyətlə əlaqələrinin koordinasiyasına da xidmət edəcək.