​10 yaşlı qızı öldürən adamyeyən ad günündə edam edildi

Amerikada 10 yaşlı qızı öldürən kişi doğum günündə öldürücü iynə vurularaq öldürülüb.

Metbuat.az Lent.az-a istinadla xəbər verir ki, Kevin Reya Andervudun edamı bu il ABŞ-da sonuncu edam olub, o, dekabrın 19-da Oklahoma ştatının cəzaçəkmə müəssisəsində ölmüş elan edilib.

2006-cı ildə Ceymi Rouz Bolinin vəhşicəsinə öldürülməsini etiraf edən Andervud, saat 10:04-də orqanizminə üç dərman yeridildiyi anda anasına, ailəsinə və müdafiə komandasına baxıb.

Nəfəsi kəsilib və bir neçə dəqiqədən sonra gözlərini yumub. Ştanın Cəza departamentinin sözçüsü Lans Vest bildirib ki, Andervud saat 10:14-də ölüb.

Elə həmin gün Andervudun 45 yaşı tamam olub.

“Ad günümdə və Milad bayramına altı gün qalmış məni edam etmək qərarı ailəmə qarşı əsassız qəddarlıq idi. Ancaq etdiyim işdən çox peşmanam və kaş ki, hər şeyi geri ala biləydim", - o edamdan əvvəl deyib.

Andervud bu il ölkədə edam edilən 25-ci məhbus olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı