​Xaçmazda qadın meyiti tapıldı

Xaçmaz rayonunda qadın meyiti tapılıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın cansız bədəni aşkar edilib.

Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Onun ölümündə cinayət tərkibinin olub-olmadığını Xaçmaz rayon prokurorluğu araşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı