METBUAT.AZ

Ölkə

Nəşi 30 ildən sonra Xocavənddə tapıldı -

19 avq 2023 08:57

1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb.

O bildirib ki, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb.

Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısını açıqlayıb.



metbuat.az.