Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin kimliyi müəyyən edilib

Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.

Metbuat.az Apa-ya xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

    O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib: "4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu, başlanğıcdır. Proses davam etdirilir. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir".

    Qeyd olunub ki, iki qalıq artıq dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir. Onlardan 3 nəfərin eyniləşdirilməsi qısa zamanda aparılıb.

    Kimliyi müəyyən edilən şəxslərin siyahısı aşağıdakı kimidir:

    İbrahimov Vəliyyəddin Səhləb oğlu

    Abdullayev Nurəli Hacıbaba oğlu

    Qurbanov Nofəl Nəriman oğlu

    Rüstəmov Araz Bağı oğlu

    Abbasov Məhərrəm Abbas oğlu

    Niftəliyev Adil Kamal oğlu

    Qarayev Qafar Qənbər oğlu

    Hüseynov Əli Heydər oğlu

    Hüseynov Gülverdi Ağahüseyn oğlu

    Mikayılov Baba Balakişi oğlu

    İsayeva Sənəm Həsən qızı

    Əzizov Yusif İsmayıl oğlu

    Musayev Mehman Kamal oğlu

    Allahverdiyev Şəmsəddin Əvəz oğlu

    Məmmədov Əsəd Məmməd oğlu


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı