METBUAT.AZ

Hadisə

AA

5 İyun 2024 09:32

Xəbər verdiyimiz kimi, dünən Xaçmaz rayonunun Ləcət kənd tam orta məktəbində bıçaqlanma baş verib. 11-ci sinif şagirdi Azər Babaşov sinif yoldaşı Daşdəmir Rəhimova bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralı 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, ona hər iki budun, sol xayalığın və sol qulaq seyvanının kəsilmiş-deşilmiş yaraları diaqnozu təyin edilib.

"Hazırda xəsarət alan şəxsin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.