METBUAT.AZ

Dünya

HƏMAS liderinin ölümü ilə bağlı Pezeşkiandan açıqlama

31 İyul 2024 12:01

İran Prezidenti Məsud Pezeşkian İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlama verib.

Metbuat.az bildirir ki, o, bu barədə X hesabında qeyd edib:

"Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm. Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək".

Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.


metbuat.az.