İsmayıl Haniyə İranda öldürüldü

“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehranda öldürülüb.

Metbuat.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında İsmayıl Haniyənin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Haniyə ilə birgə onun mühafizəçilərindən biri də öldürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı