60 nəfərin öldüyü obyektdə yüksək rütbəlilər toplanıbmış - İddia

Rusiya ordusunun raket hücumu zamanı Sumı şəhərindəki Ukrayna hərbi rəsmiləri xarici ekspertlərlə müharibə planlarını müzakirə ediblər.

Metbuat.az xəbər verir ki, Ukraynadakı rusiyayönlü müqavimət qrupunun liderlərindən olan Sergey Lebedev Rusiya mediasına belə açıqlama verib. O bildirib ki, Rusiya ordusu Sumıda ukraynalı zabitləri, eləcə də onlara kömək edən xarici ekspertləri məhv edib. Lebedev, "Sumidə hücumun baş verdiyi yerdə təkcə mükafatlandırma mərasimi keçirilməyib. Döyüş planları da gətirilib. Bu planları əcnəbilər və ukraynalı əsgərlər öyrənməli idi", - deyə bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin “Seversk” taktiki qrupunun komandirlərinin Sumı şəhərində toplaşdığı yerin bombalandığını açıqlayıb. İki “İsgəndər” ballistik raketi ilə həyata keçirilən hücumda azı 60 Ukrayna əsgərinin həlak olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı