Fransa Prezidenti Emmanuel Makron Romada Ukrayna Prezidenti Vladimir Zelenski ilə Vatikanda "çox müsbət" fikir mübadiləsi apardığını deyib.

Metbuat.az xəbər verir ki, Makron Zelenskinin ona Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğunu dediyini iddia edib.

"Zelenski bu gün mənə bunu təsdiqlədi. O, bunu həyata keçirmək üçün amerikalılar və avropalılarla işləmək istəyir".