Astroloqların proqnozlarına görə, bəzi bürclər ilin sonuna qədər maddi baxımdan əlverişli fürsətlərlə qarşılaşa bilər. Xüsusilə noyabr ayında onların gəlirlərində artım, yeni iş imkanları və karyera sahəsində müsbət dəyişikliklər yaşanacaq.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Əqrəb mövsümü ilə birlikdə 5 bürc üçün maliyyə baxımından uğurlu dövr başlayır.
Buğa
Buğa bürcünü maliyyə sahəsində sevindirici yeniliklər gözləyə bilər. Uzun müddətdir gözlədikləri nəticələri əldə edə, yatırımlarından gəlir götürə və ya daha yüksək qazanc gətirən iş təklifi ala bilər.
Tərəzi
Tərəzilər üçün maliyyə baxımından mühüm dəyişikliklər gündəmə gələ bilər. Xüsusilə noyabrın 9-dakı Yeni Ay və 14-də Veneranın irəli hərəkətə başlaması onların yeni qərarlar verməsinə və gözlədikləri fürsətləri dəyərləndirməsinə şərait yarada bilər.
Oğlaq
Oğlaqların maddi uğuru qurduqları əlaqələrdən qaynaqlana bilər. Keçmiş iş yoldaşları və köhnə tanışlar vasitəsilə yeni iş təklifləri və qazanc imkanları əldə edə bilər. Uzun müddətdir göstərdikləri zəhmətin bəhrəsini görmək şansları arta bilər.
Xərçəng
Xərçənglər üçün əvvəlki maliyyə məsələlərinin həlli gündəmə gələ bilər. Gözlədikləri borcu geri ala, yarımçıq qalmış maliyyə işlərini yoluna qoya bilər. Eyni zamanda, gəlirlərini daha dayanıqlı etmək üçün yeni imkanlarla qarşılaşa bilər.
Qoç
Qoçlar üçün qazanc sevdikləri məşğuliyyətlə bağlı ola bilər. Yaradıcılıq layihələri və hobbiləri gözlənilmədən gəlir mənbəyinə çevrilə bilər. İndiyədək yalnız zövq üçün gördükləri işdən pul qazanmaq imkanı əldə edə bilər.