Noyabrın 3-də Şəki rayonunda iki kəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonu Qoxmuq və İnçə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.