İtaliyanın “Roma” klubu Türkiyənin “Qalatasaray” komandasında çıxış edən Qabriel Sara ilə maraqlanır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya təmsilçisi braziliyalı yarımmüdafiəçini transfer etmək üçün 30 milyon avro təklif etməyə hazırlaşır. Bu təklif transfer bazarında gözlənilməz addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Qabriel Sara 2024-cü ilin yayında İngiltərənin “Norviç Siti” klubundan 18 milyon avro qarşılığında “Qalatasaray”a transfer olunub. Braziliyalı futbolçu İstanbul təmsilçisinin heyətində indiyədək bütün turnirlərdə 68 matçda meydana çıxıb, 9 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı yarımmüdafiəçinin Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.