Lionel Messinin “İnter Mayami”dən ayrılaraq Argentinanın “Nyuells Old Boyz” klubuna keçəcəyi ilə bağlı yayılan məlumatlar təkzib edilib.

Metbuat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano argentinalı futbolçunun yanvarda ABŞ klubunu tərk edəcəyi barədə iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Messinin komandadan ayrılmasına dair heç bir əsas yoxdur. 39 yaşlı hücumçu 2028-ci ilədək qüvvədə olan müqaviləsinin müddətini başa çatdırmağı planlaşdırır.

Romano qeyd edib ki, futbolçu “İnter Mayami”dəki vəziyyətindən razıdır və ailəsi də Mayamidə yaşamaqdan məmnundur.