2026-cı ilin yanvar-oktyabr ayları ərzində 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Pensiya təyin olunan şəxslərin 62,65 faizini kişilər, 37,35 faizini isə qadınlar təşkil edib.