Gəncə şəhərində 34 yaşlı şəxs bıçaqlanıb.

Metbuat.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Elbəy Kərimov bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.