Xəbər verdiyimiz kimi, bir neçə gün öncə 31 yaşlı stomatoloq xərçəngdən dünyasını dəyişib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün mərhumla vida mərasimi keçirilib.

Belə ki, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu rayonun Potu kənd qəbiristanlığında son mənzilə yola salınıb.

Qeyd edək ki, 31 yaşlı mərhum subay idi və rayonda diş həkimi kimi faəliyyət göstərirdi. O, İranda müalicə aldığı xəstəxanaların birində vəfat edib.