Həkim Orxan Cəfərov vəfat edib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib.
Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir.
Xatırladaq ki, mərhum subay idi və rayonda diş həkimi kimi faəliyyət göstərirdi. Mərhumun cənazəsinin Azərbaycana gətirilməsi planlaşdırılır.