Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin bacısı Serpil Bahçeli vəfat edib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Serpil Bahçelinin vəfatı ilə əlaqədar ailənin doğma yurdu olan Osmaniye şəhərində mərasim çadırı qurulub. Mərhumə bu gün dəfn olunub.

İctimaiyyət arasında çox da tanınmayan Serpil Bahçeli uzun illər mediadan uzaq həyat yaşayıb. O, bir müddət Ankarada qardaşı Devlet Bahçeli ilə eyni evi bölüşüb.

Məlumata görə, Serpil Bahçeli əmək fəaliyyətinə Ziraat Bankı və Pamukbankda davam edib, daha sonra təqaüdə çıxıb.

Onun vəfatı ilə bağlı xəbərin yayılmasından sonra yaxınları və ailəyə başsağlığı vermək istəyən şəxslər üçün Osmaniyedə xüsusi çadır qurulub.

Qeyd edək ki, Devlet Bahçeli altıuşaqlı ailədə dünyaya gəlib.